Bir çoxumuz HVAC terminini eşitmişik və ümümilikdə nə mənaya gəldiyini bilirik, lakin bu sisteminn tam olaraq necə tətbiq olunduğunu və hansı hallarda, hansı sahələrdə tətbiq olunduğunu bilmirik. İndi isə gəlin biz Conrad MMC olaraq illərdir topladığımız təcrübəmizə əsaslanaraq HVAC sistemi haqqında sizə ətraflı məlumat verək.
HVAC terminini İstilik, Havalandırma və Kondisioner sistemləri olaraq tanımlaya bilərik. HVAC həm yaşayış, həmçinin qeyri yaşayış sahələrində isistmə və soyutma ilə yanaşı, qapalı və açıq məkanlarda hava axınının hərəkətini tənzimləmək üçün də istifadə olunan sistemdir. Bu sistem sayəsində siz ilin 4 faslindədə konfortlu həyat şaraitinə malik olacaqsınız, qışda isti və rahat, yayda isə sərin və təravətli hiss edəcəksiniz. Bu sistem həmçinin sizi sağlam saxlamaq və rütubət miqdarını optimal rahatlıq səviyyəsində stabilləşdirmək üçün daxili havanı bütün lazımsız elementlərdən təmizləyən və təmiz havanı süzən sistemdir.
HVAC sistemlərinin bir neçə fərqli növü olsa da, bunların hər biri eyni təməl əsaslara malikdir.
Birinci növ haqqında onu deyə bilərik ki, bu növ HVAC sistemlərində məkanın xaricdən və ya daxildən təmiz hava qəbulu mənbəyi vardır. Bu proses ventilyasiya adlanır və iki fərqli şəkildə baş verir. Təbii və süni ventilyasiya. Təbii ventilyasiya əksər tikililərdə mövcuddur və havanın pəncərələr, qapılar, havalandırma boşluqları həmçinin digər açılışlardan havanın daxilə və xaricə nüfuz etməsi sayəsində baş verir. Bu cür hava mübadiləsi oksigeni artırmaq və narahat edici qoxuları, karbon qazını həmçinin həddindən artıq miqdarda olan nəmi aradan qaldırmaq üçün lazımlıdır.
Bir neçə müddət əvvəl tikilmiş bir çox tikililərdə qapılarda və pəncərərlərdə olan hava sızıntıları ilə yanaşı tikilidəki hava boşluqları vasitəsi ilə də müəyyən miqdarda təbii havalandırma prosesi baş verirdi. Lakin müasir tikintilərdə isə daha sıx struktura malik tikinti materiallarından və üsullarından istifadə edildiyi üçün zaman keçdikcə HVAC sistemi daha önəmli bir komponentə çevrilmişdir.
Beləliklə tikilidə havalandırma sistemi quraşdırıldıqdan sonra, çirkli hava filtir vasitəsi ilə toz, allergenlər həmçinin digər zərərli hissəciklərdən təmizlənərək və rütubət miqdarı normallaşdırıldıqdan sonra quraşdırılmış mərkəzi sistemin kanalları vasitəsi ilə isti və ya soyuq şəkildə otaqlara nüfuz edir.